Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.04.2017  15:49 

Evli kişi gənc qızın həyatını məhv etdi - Qətlin təfərrüatı





A+  A-

Yardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb.
XəzərNews.az-ın Lent.az-a istinadən məlumatına görə, Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Araşdırmalar nəticəsində məlum olub ki, N.Babayeva anası və 3 bacısı ilə birgə yaşayıb. Subay qadının bir müddət əvvəl 3 uşaq atası olan kənd sakini, 37 yaşlı Niyazi Təhməzovla münasibəti yaranıb. 10 gün əvvəl onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədərək, heç nə olmamış kimi evinə qayıdıb.

Öldürülən qadının N.Təhməzovla münasibəti üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 2077 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +