Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


05.07.2021  13:11 

“Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb”





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası dünən Xəzər dənizində baş verən vulkan püskürməsi ilə bağlı mətbuat konfransı keçirir.
XəzərNews.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, palçıq vulkanı Daşlı ada deyilən yerə yaxın ərazidə püskürüb:

"Bu vulkan çoxdandır ki, püskürmürdü. Sonuncu dəfə həmin vulkan 1945-ci ildə püskürüb. Dünən vulkan 8 dəqiqə püskürüb, dərinliyi 1,48 km olub”.

ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə qeyd edib ki, dünyada olan 900 palçıq vulkanının 300-nə Azərbaycanda rast gəlinir: “Daşlı ada çoxdan mövcuddur və vulkan nəticəsində əmələ gəlib. Xəzərin Azərbaycan sektorunda 120 sualtı palçıq vulkanı var. Abşeron arxipelaqında 8 belə ada var, bu yeganə vulkan mənşəli ada deyil. Ona görə də belə şayiələr yaymaq düzgün deyil.

Müəyyən araşdırmalar aparılıb. Hazırda Bakıda hava şəraiti küləklidir. Buna görə də gəmilər həmin əraziyə yaxınlaşa bilmir. Hava stabilləşən kimi SOCAR, FHN, Ekologiya Nazirliyi və AMEA mütəxəssisləri həmin əraziyə gedərək nümunələr götürəcək. Ətraf mühitə dəymiş ziyanla bağlı da elmi tədqiqatlar aparılacaq”.

Xəbər 2248 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +