Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.06.2018  11:07 

Kərə yağının Azərbaycana idxalı 40% bahalaşıb - SƏBƏB?





A+  A-

Azərbaycana kərə yağının idxalı miqdar ifadəsində azalsa da, idxal dəyəri artmaqdadır. Kərə yağının idxal dəyəri 11 milyon 248 min dollar artıb.
XəzərNews.az "Marja"ya istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 36 milyon 336 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Ötən ilin ilk 5 ayında 25 milyon 88 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Miqdar ifadəsində isə kərə yağı idxalı azalıb. Belə ki, ötən ilin yanvar-may aylarında idxal edilmiş kərə yağının miqdarı 6 290 ton təşkil etmişdi. 2018-ci ilin yanvar-may aylarnda bu miqdar 6 147 ton təşkil edib.

İdxalın miqdarının azalmasına baxmayaraq dəyərinin artmasının səbəblərindən biri dünya bazarlarında süd məhsullarının bahalaşmasıdır. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, Süd Məhsullarının Qiymət İndeksi mayda əvvəlki aya nisbətən 5,5 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 11,5% artıb. Bu dəyişikliyə, Yeni Zelandiyanın ixracının azalması səbəb olduğu güman edilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların statistik idxal dəyəri 45% artıb. Miqdarı isə 2,3% azalıb. Qısası, cüzi miqdar azalmasını nəzərə alsaq, kərə yağının Azərbaycana idxalı 40% civarında bahalaşıb.


Xəbər 1917 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +