Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


01.05.2018  09:46 

Bill Qeyts Trampın məsləhətçisi olmaq istəmədi





A+  A-

“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts ABŞ prezidenti Donald Trampın elm üzrə məsləhətçisi olmaq təklifini qəbul etməyib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sahibkar müsahibəsində deyib. Qeyts bildirib ki, dövlət başçısı onun universal qrip vaksini hazırlanması ideyası ilə yaxından maraqlanıb. Bu layihə ona 12 milyon dollara başa gələcəkdi.

Onun sözlərinə görə, Tramp Məhsullara və Dərmanlara Nəzarət İdarəsinin rəhbəri Skott Qotleybə zəng edərək belə bir vaksin hazırlamağın mümkün olub-olmamasını soruşub. Müsbət cavab alan Ağ Ev rəhbəri Qeytsə elm üzrə məsləhətçi olmağı təklif edib. Bill Qeyts isə “Bu, mənim üçün vaxt itkisi olacaq” deyərək təklifdən imtina edib.

Xatırladaq ki, 2009-2017-ci illərdə bu postu Con Holdren tutub. Barak Obamanın administrasiyadan getməsindən sonra Donald Tramp bu vəzifəyə heç kimi təyin etməyib.

Xəbər 1516 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +