“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


19.03.2025  10:31 

İmamoğlu saxlanıldı: Mitinqlər qadağan olundu, metro stansiyaları bağlandı, sosial şəbəkələrə giriş çətinləşdi





A+  A-

Xəbər verdiyimiz klimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu saxlanılıb. Onun barəsində İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan istintaq çərçivəsində saxlanılma qərarı çıxarılıb.

İmamoğlunun mətbuat müşaviri Murat Ongun da daxil olmaqla bir çox şəxs haqqında həbs qərarı çıxarıldığı bildirilir.

Qəzetin məlumatına görə, hazırda İmamoğlunun evində axtarış aparılır.

Qeyd edək ki, ötən gün İmamoğlunun universitet diplomu ləğv edilib.

Ekrem İmamoğlunun saxlanıldığı iki istintaqın təfərrüatlarını paylaşıb.

İstanbul Baş Prokurorluğu bildirir ki, bir çox bələdiyyə törəmə müəssisələrində qeyri-qanuni tenderlər, birbaşa təchizat və ya xidmət satınalmaları yolu ilə tenderlərin saxtalaşdırılması, şəxsi məlumatların qanunsuz əldə edilməsi, rüşvətxorluq və mütəşəkkil şəkildə hədə-qorxu ilə tələb olunduğu müəyyən edilən hesabat nəticəsində araşdırmalara başlanılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan terror, rüşvət və korrupsiya istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrəm İmamoğlu, onun müşaviri Murat Ongun, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çığlık və Şişli Bələdiyyə Başçısı Resul Şahan da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı çıxarılıb.

İstanbul hakimiyyəti şəhər meri Ekrem İmamoğlunun korrupsiya ilə mübarizə araşdırması çərçivəsində həbsindən sonra martın 23-dək mitinq və nümayişlərə qadağa qoyub.

Toplantılara qadağa şəhər qubernatoru tərəfindən təqdim edilib.

"Bütün əyalətdə ictimai asayişi qorumaq və mümkün təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün martın 19-dan 23-dək hər cür toplantı və nümayişlərin keçirilməsi qadağandır”, – hökumətin bəyanatında deyilir.

Qeyd edək ki, İBB sədrinin saxlanılması fonunda İstanbulda bir çox metro stansiyaları bağlanıb. Sosial şəbəkələrə daxil olmaq çətinləşdirilib.

Xəbər 968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +