19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


29.05.2021  08:46 

Rəcəbov dünya çempionu ilə heç-heçə etdi





A+  A-

Mayın 28-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin yarımfinal mərhələsi start götürüb.
XəzərNews.az xəbər verir ki, bu gün şahmatçılar yarımfinalın dörd partiyadan ibarət birinci dövrəsində üz-üzə gəliblər. Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsen ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Digər yarımfinal oyununda isə Rusiya təmsilçisi Yan Nepomnyaşi ABŞ şahmatçısı Uesli Soya məğlub olub.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” olacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Xəbər 1699 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +