19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


10.03.2021  09:54 

Baş Prokurorluq şagirdlərin intiharını xüsusi nəzarətə götürdü





A+  A-

Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanılıb.
XəzərNews.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.

İlkin məlumata görə, hadisə yerindən qızlardan birinin məktəb dəftəri aşkarlanıb. Onun dəftərdəki qeydlərindən depressiyada olduğu müəyyən olunub.

Xəbər 2301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +