19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


18.03.2020  12:45 

Ölkədəki xüsusi rejimə əməl etməyən şirkət cəzalandırıldı





A+  A-

Bakı Nəqliyyat Agentliyi xüsusi rejim tətbiq olunduğu zamanda Koroğlu-Zabrat 1 marşrut xətti ilə hərəkət edən 198 saylı avtobuslarda sıxlıq hallarının yaşanması ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev XəzərNews.az-a açıqlamasında bildirib ki, sözügedən müntəzəm marşrut xətti üzrə sərnişindaşımanın vəziyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə mütəmadi olaraq sərnişinlərdən şikayət daxil olub:

“Dəfələrlə xətt üzrə daşıyıcı Qrand Bus şirkətinə edilən xəbərdarlıqlara baxmayaraq görünən mənzərə odur ki, heç bir təsirli tədbir görülməyib.

Bu səbəbdən də bu xətt üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Qrand Bus MMC" ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib. Yaxın günlərdə xətt üzrə sərnişindaşıma fəaliyyəti başqa bir daşıyıcı tərəfindən həyata keçiriləcək.

Təbii ki, bu cür epidemik vəziyyətlərdə hər bir kəs, xüsusilə də, sərnişindaşıma sahəsində çalışanlar məsuliyyətlərini dərk etməli və qoyulan tələblərə mütləq şəkildə əməl etməlidirlər. Bir daha vurğulamaq istəyirəm ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından qoyulan tələblərə əməl etməyən, işinə laqeyd yanaşan hər bir daşıyıcı bilməlidir ki, onu da eyni aqibət gözləyir”.

Xəbər 1401 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +