19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


13.02.2020  16:03 

Valideynlər məktəb direktorunu qovdu





A+  A-

Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir:

"Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin olunur və yerli təhsili idarəetmə qurumunun rəhbəri tərəfindən kollektivə təqdim olunur. Sözügedən məktəbdə direktor vəzifəsi 2018-ci il yanvar ayından Çinarə Atayevaya həvalə olunub".

Nazirlikdən yeni direktor təyinatı ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbində yeni direktorun qovulması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, məktəbin hazırkı direktoru Çinarə Atayevanın başqa yerə təyinatını istəməyən pedeqoji heyət və valideynlər yeni direktoru qəbul etməyiblər. Müəllimlər yeni direktoru məktəbə buraxmayacaqlarını bildiriblər. Bununla bağlı məktəbdə nəzarətin gücləndirildiyi bildirilir.

Xəbər 1474 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +