Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.11.2021  20:28 

“Qəbələ“ səfərdə qələbə qazanıb





A+  A-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha bir oyunu keçirilib.

XezerNews.az xəbər verir ki, "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları arasında olub.

Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. Matçın 90+5-ci dəqiqəsində Məqsəd İsayev fərqi iki topa çatdırıb. Oyunun 56-cı dəqiqəsində paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "qırmızı-qaralar" ikinci pilləyə yüksəlib. Doqquz xala malik "dənizçilər" isə yeddinci sıradadır.

Xatırladaq ki, bu gün oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə tura yekun vurulacaq. "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.


Xəbər 2210 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +