Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


25.01.2018  17:45 

Parlamentə iki yeni qanun layihəsi təqdim edilib





A+  A-

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də parlamentin Əmək və sosial siyasət komitəsinin ilik iclası keçirilib.
XəzərNews.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Hadi Rəcəbli komitənin 2018-ci il qanunvericilik işləri planı haqda məlumat verərək bildirib ki, buraya iki qanun layihəsi - “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Turizm haqqında” yeni qanun layihələri daxildir:

“Həmin qanun layihələrindən biri - əlilliyi olan şəxslərlə bağlı qanun layihəsi bizim bugünkü iclasın gündəliyinə salınıb. Bu yöndə ölkədə müvafiq qanunvericilik aktı mövcuddur. Ancaq onun üzərindən illər keçib və yeni dövrün reallıqlarına uyğun olaraq, yeni qanuna ehtiyac var. Odur ki, bununla bağlı yeni qanun layihəsi hazırlanıb və o, cənab prezidentin təqdimatı ilə bizə göndərilib. Çox maraqlı və mütərəqqi bir sənəddir. Onun qəbulu olduqca vacibdir”.

Komitə sədri yaz sessiyası dövründə “Turizm haqqında” yeni qanun layihəsinin müzakirələrə çıxarılmasının nəzərdə tutulduğunu bildirib.

Xəbər 1512 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +