Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


21.12.2018  10:08 

Daha bir zavod cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.
XəzərNews.az xəbər verir ki, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun direktoru Yalçın Əsədov barəsində akt, protokol tərtib edilib. Hazırda direktorun hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün tədbirlər görülür.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xəbər 1304 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +