Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


13.02.2018  18:54 

Əlilliyi olan şəxslərlə bağlı yeni qanun layihəsi müzakirə olundu





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, qanun layihəsini məruzə edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir: “Sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, iş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün ağlabatan uyğunlaşdırılması, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərliyinin təmin edilməsi və digər məsələlər əksini tapıb.

Bu gün ölkədə 620 min əlilliyi olan şəxslər var. Bu da ölkə əhalisinin 6 faizi civarındadır. Dünyada isə bu rəqəm 10-12 faizdir. Bizdə faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər görülür”.

Xəbər 1317 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +