Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi


13.12.2023  03:22 

Misirdə prezident seçkilərində səsvermə başa çatıb





A+  A-

Misirdə keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Misir Mərkəzi Seçki Komissiyasının rəhbəri Əhməd Bəndəri elan edib.

Qeyd olunur ki, seçkilər yüksək seçici fəallığı ilə müşayiət olunub və bu səbəbdən səsvermə mərkəzlərində izdiham yaranıb.

“Budəfəki prezident seçkilərində vətəndaşların iştirakı seçki məntəqələrində yüksək fəallığa görə tarixdə ilk oldu”, - deyə o vurğulayıb.

Qeyd olunur ki, rəsmi olaraq səsvermənin dördüncü günü səsvermə keçirilməsə də, yüksək fəallıq səbəbindən bəzi yerli komissiyalar öz sədrlərinin qərarı ilə sonuncu seçiciyə qədər işləyə bilərlər.

Yerlərdə səslərin hesablanmasının çərşənbə günü, dekabrın 13-də başa çatacağı gözlənilir. Seçkilərin rəsmi nəticələri dekabrın 18-də açıqlanacaq.

Xatırladaq ki, dekabrın 10-da Misirdə prezident seçkiləri üçün seçki məntəqələri açılıb.

Bundan əvvəl Misirin hazırkı prezidenti Əl-Sisi seçkilərdə səsvermədə iştirak edib./Oxu.az

Xəbər 1495 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +