Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


31.01.2023  12:04 

Qida Sənayesi Kollecində imtahanların cavabları satılır?





A+  A-

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tələbə və valideynlərdən rüşvət alınır, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”.

XəzərNews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya kollecin hüquqşünası Aynurə Muradova müraciət edib.

Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib:
“Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb”.

4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır:
“Mənim ADİU-nə İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl atdan ərizə yığıblar ki, guya onları təhqir etmişəm”.

Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılov isə iddiaları böhtan adlandırır:
“Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb”.

Xəbər 1135 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +