Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.08.2023  17:19 

Sabiq deputat Rauf Arifoğlunun qəzetini və saytını məhkəməyə verdi





A+  A-

Milli Məclisin IV və V çağırış deputatı Hacı Salayev "Yeni Müsavat" qəzetini və Minval az saytını məhkəməyə verib.

XəzərNews.az xəbər verir ki, bu barədə Müsavat media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu məlumat verib.

Onun sözlərinə görə, məqsəd bu media resurslarını çökdürməkdir:

“Pulun ölçü vahidini milyonla ölçən "Qabırğa Hacı" bizdən üst-üstə 1 milyon manat pul istəyir. İşin qəribə tərəfi də budur ki, eyni anda rusdilli saytımız Minval.az saytı da rusiyalı milyarder, adı şübhəli işlərdə hallanan Fərhad Əhmədov tərəfindən məhkəməyə verilib.

Hacı Salayev bir zamanlar Azərbaycana qarşı Moskvada qurulan "Milyarderlər İttifaqı"nın gizli tərəfdarlarından, onların "ayaq takımı"ndan olub. Qudası AST Telman və dostu, ortağı Abbas Abbasov vasitəsi ilə ölkəmiz və dövlətimiz əleyhinə fəaliyyətlərdə bulunub. Onun bir Rusiya heyranı olduğunu hər kəs bilir. İndi Moskva üstümüzə bu iki "tox iti"ni göndərir. Onlara təlim keçməksə bizə düşər”.


Xəbər 1593 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +