Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


19.02.2017  14:34 

“Çudo Peçka”nın daha 2 mağazası bağlandı - İşçilər məhkəməyə müraciət edəcəklər





A+  A-

“Çudo Peçka” mağazalar şəbəkəsinin daha iki mağazası bağlanıb.
XəzərNews.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə, uzun müddətdir ki, maliyyə sıxıntısı yaşayan şirkətin metronun “Əhmədli”, “Neftçilər” və “28 may” stansiyalarının yaxınlığında yerləşən mağazaları da artıq fəaliyyətini dayandırıb.

Bundan əlavə bildirilir ki, şirkətin baş ofisi də artıq fəaliyyət göstərmir.

Eyni zamanda əldə olunan məlumata görə, mağazalar bağlandıqdan sonra şirkətin sexləri də fəaliyyətini dayandırıb. Hazırda “Çudo Peçka”nın yalnız metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazası fəaliyyət göstərir.

Məlumatı təsdiqləmək üçün şirkətin metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən mağazasına baş çəkilib. Müşahidə olunub ki, doğrudan da mağazanın qarşısından “Çudo Peçka”nın adı götürülüb. İçəridə satış olsa da, bildirilib ki, bura artıq “Çudo Peçka” olaraq fəaliyyət göstərməyəcək.

Onu da xatırladaq ki, “Çudo Peçka”nın əməkdaşları uzun müddətdir ki, maaşlarını ala bilmirdilər. Şirkət bir ildən çox idi ki, maliyyə sıxıntısı yaşayırdı.

İşçilərin maaşları son zamanlar hissə-hissə verilsə də, böyük bir qisminin ötən aylardan qalan əmək haqları hələ də verilməyib.

Əmək haqqı ala bilməyən işçilər məhkəməyə müraciət etməyə hazırlaşırlar.



Xəbər 9817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +