Gəncədə 6 nəfər tortdan zəhərləndi
“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı
Ermənilər atəşkəsi pozub
İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı


07.09.2021  10:56 

Kanada bu əcnəbilər üçün sərhədlərini açdı - Qaydalar





A+  A-

Kanada hakimiyyəti çərşənbə axşamı gecə yarısından (Bakı vaxtı ilə saat 08:00-dan) tam peyvənd olunmuş əcnəbilər üçün dövlət sərhədlərini açmağa qərar verib.
Bu barədə XəzərNews.az TASS-a istinadən xəbər verir.

DİN-in bəyanatında deyilir ki, Kanadaya səfərdən azı 14 gün əvvəl yalnız “Pfizer”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” şirkətlərinin preparatları ilə tam peyvənd olunmuş xarici ölkə vətəndaşları gələ bilərlər. Bundan başqa, turistlər Kanadaya getməmişdən əvvəl maksimum 72 saat əvvəl edilmiş mənfi koronavirus testi nəticəsini təqdim etməli, həmçinin səyahətçilər üçün nəzərdə tutulmuş xüsusi mobil əlavədən qeydiyyatdan keçməlidirlər.

Tam peyvənd olunmuş əcnəbilər 14 günlük karantində qalmayacaqlar, necə ki, bunu Vətənə dönən peyvənd olunmamış kanadalılar etməyə məcbur olur.

DİN-dən bildiriblər ki, 12 yaşadək uşaqlar peyvənd olunmadan Kanadaya səfər edə bilərlər. Lakin onların valideynlərinin və ya qəyyumlarının tam peyvənd olunması mütləqdir. Onlar, həmçinin iki həftəlik karantində qalmayacaqlar, lakin bu uşaqlara ilk 14 gün ərzində Kanadada təhsil müəssisələri və insanların sıx toplaşdığı məkanlara getmək qadağandır.

Bu tədbirlər hələ Hindistan və Mərakeşdən gələn sərnişinlərə aid deyil. Pandemiya fonunda bu ölkələrlə birbaşa hava əlaqəsi sentyabrın sonunadək bağlanıb. Eyni zamanda, bu dövlətlərin vətəndaşları üçüncü ölkələr vasitəsilə yuxarıda göstərilən preparatlarla tam vaksinasiya haqda sertifikatı təqdim etməklə, həmçinin Hindistan və ya Mərakeşdə edilməyən PCR test nəticəsilə səfər edə biləcəklər.

Xəbər 2188 dəfə oxunub.




11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +