Gəncədə 6 nəfər tortdan zəhərləndi
“Bir də gördüm uçuram” - Taksidəki qadın danışdı
Ermənilər atəşkəsi pozub
İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı


30.03.2021  09:43 

Sarkisyan Ermənistanda siyasi böhrandan çıxış yolunu açıqladı





A+  A-

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın başçılıq etdiyi hazırkı Nazirlər Kabinetinin istefasını və milli həmrəylik hökumətinin formalaşmasını zəruri hesab edir.
XəzərNews.az xəbər verir ki, bu barədə dövlət başçısı “Aravot” qəzetinə müsahibəsində bildirib.

Sarkisyanın sözlərinə görə, o, respublikada hakimiyyəti, qərarları və siyasi prosesləri fərdiləşdirməməyə çalışır. Onun təklifinə əsasən, Paşinyan hökuməti keçirilməsini təklif etdiyi növbədənkənar parlament seçkilərinədək hakimiyyətdə qalmamalı, istefaya getməlidir. Sarkisyan beynəlxalq təcrübəyə istinad edib.

“Əgər sən parlament respublikasısan və səndə böhran vəziyyətidirsə, hökumət istefa verir, milli razılıq hökuməti formalaşdırılır. Yəni əsas partiyalar hökuməti formalaşdırırlar, amma siyasi qüvvələrsiz — yalnız peşəkarlar”, - Sarkisyan deyib.

Prezident qeyd edib ki, parlamentin, cəmiyyətin, müxalif siyasi qüvvələrin Seçki Məcəlləsinə düzəlişlərə, xüsusən də əsas qanuna dəyişikliklərin edilməsinə ehtiyac olduğunu düşündüyü ölkədə müzakirələrin keçirilməsi üçün yetərincə vaxt lazımdır, ta Konstitusiya referendumuna qədər. Lakin parlament qüvvələri seçkilərin keçirilməsini qərara aldıqlarına və iyun ayına təyin etdiklərinə görə, yuxarıda deyilənlərin hamısının həyata keçirilməsinə vaxt yoxdur.

“Əks halda seçkilərdən sonra partiyalardan biri çoxluq qazanacaq, qalanları isə, bəlkə, narazı olacaq. Ola bilsin, elə bir parlament olacaq ki, orada partiyaların heç biri çoxluq təşkil etməyəcək və bu da bir çox problemlərlə nəticələnə bilər. Yəni qeyri-sabit parlamentimiz olacaq”, - Sarkisyan deyib.

Xəbər 1720 dəfə oxunub.




11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +