Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


19.07.2017  12:17 

“Qarabağ” Azərbaycanın xalını artırdı





A+  A-

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.
XəzərNews.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə irəliləyişə nail olub. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qarabağ" növbəti oyununu keçirdi. Belə ki, ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı ilə cavab matçına çıxan təmsilçimiz 1:0 hesabıyla qalib gəldi. Bu qələbə həm mövqeyimizin, həm də ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb olub.

Ağdam klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı. Hazırda UEFA reytinqində 55 ölkə arasında 21-ci pillədəyik. Azərbaycanın hesabında 16.625 reytinq xalı var. Onun 1.875 xalı (0.750 "İnter", 0.500 "Qarabağ", 0.500 "Zirə", 0.125 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər 1577 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +