Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


27.02.2024  11:19 

İsveçrə bahalı ölkədir, ancaq Azərbaycan qədər yox...





A+  A-

"Bu gün məhləyə çıxıb süd almışam. Süd satan düz qapıya gəlmişdi. 700 litrlik çənə doldurulmuş süddən 5 litr aldım, 8 manat verdim. Süd satan dedi ki, südü Qəbələdən gətirirlər. Həftədə bir dəfə Bakıda olurlar..."

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə İsveçdə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli çıxış edib.

E.Həsənli bildirib ki, südün 1 lt.-ri 1 manat 40 qəpiyə düşür:

"Bu isə 70 sentdən çoxdur. Mən İsveçrədə fermerdən birbaşa süd alıram. İsveçrəli fermer 1 lt. südü 1 fr.ka satır. 1 fr. təxminən 1 manat 85-90 qəpik edir... Sözümün canı odur ki, Azərbaycanda bahaçılıqdır. İsveçrədə minimum maaş 3.200 fr.dır. Azərbaycanda isə heç 320 manat da deyil... Sonra deyirlər ki, İsveçrə bahalı ölkədir. Bəli, İsveçrə bahalı ölkədir, ancaq Azərbaycan qədər yox..."

Jurnalist əlavə edib ki, Azərbaycanda südün qiyməti uzağı 25-30 sent olmalıdı.

Xəbər 4292 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +