Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


26.04.2018  09:28 

Ermənistanın hakim partiyası yeni lider seçə bilər





A+  A-

Ermənistanda hakim “Respublikaçılar” partiyası özünə yeni lider seçmək barədə müzakirələr üçün razılığa gəlib.
XəzərNews.az xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında məlumat yerləşdirilib.

“Respublikaçılar” partiyasının yeni sədrinin seçilməsi ilə bağlı müzakirələrə başlamaq üçün razılıq əldə edilib. Saytda partiyanın rəhbəri Serj Sarkisyanla baş nazir vəzifələrinin icraçısı Karen Karapetyanla aprelin 25-də keçirilən müzakirələrin nəticəsi haqda məlumat verilib.

Keçirilmiş görüşdə Sarkisyanın partiya üzvlərinə öz istefasının təfərrüatları müzakirə olunub.

Partiya üzvlərinə ölkədə stabilliyin yalnız partiyanın birliyi ilə əldə oluna biləcəyi vurğulanıb.

Aprelin 25-də “Daşnaksütyun” partiyasının hakim partiya ilə koalisiyadan çıxması vəziyyəti çətinləşdirib.

Odur ki son partiya müzakirələri onu göstərir ki, nəinki hakim koalisiyada eyni zamanda hakim partiyada da fikir ayrılığı formalaşıb. Və artıq partiya da dağılmaq üzrədir.

Qeyd edək ki, etirazçıların lideri Nikol Paşinyan bəyan etmişdi ki, yeni baş nazir “Respublikaçılar” partiyasından olarsa, öz tərəfdarlarını yenidən meydanlara çağıracaq və seçkilərin nəticələrini tanımayacaq.

Xəbər 1866 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +