Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


08.12.2022  17:15 

“İndi görürlər bıçaq artıq sümüyə dirənib” - Deputat





A+  A-

“Naxçıvanın problemlərindən əvvəllər danışmayıb, indi danışanları riyakarlıqda ittiham edənlərin özləri riyakardır”.

XəzərNews.az xəbər verir ki, bunu “Moderator.az”-a açıqlamasıdna millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, qeyd edib ki, bu şəxslər Naxçıvandakı mövcud rejimi açıq şəkildə müdafiə edə bilmədikləri üçün, tənqid edən adamları aşağılamağa çalışırlar: “Onların cəsarəti çatmır ki, Naxçıvandakı despotik rejimi aşkar formada müdafiə etsinlər. Bu yolla despotik rejimin tənqidçilərini aşağılayır, digər insanları həmin rejimi tənqid etməkdən çəkindirmək istəyirlər.

Əvvəla, içi mən qarışıq çoxlu insan Naxçıvanın real durumunu, orda baş verənləri zaman-zaman ölkə rəhbərliyinin diqqətinə müxtəlif formada çatdırmağa çalışıb.

İkincisi, o zaman çoxları bu barədə danışmırdı, ona görə ki, onların açıq mövqeyinin nəyisə dəyişəcəyinə inanmırdılar. Əksinə, fikirləşirdilər ki, cəmiyyətimiz siyasi baxımdan yetkin deyil, vətəndaşlarımızın bir-birinə qarşılıqlı güvəni yoxdur. Bu baxımdan həmvətənlərinin, hüquq-mühafizə orqanlarının onları, ailə üzvlərini yerli despotun təqiblərindən qoruya biləcəyinə inanmırdılar. Bakıdan azmı adam həbs olunaraq Naxçıvana aparılmışdı? Başa düşürdülər ki, açıq tənqidlə ailələrini böyük məhrumiyyətlərlə üz-üzə qoya bilərlər. İndi isə görürlər ki, despotun “dişi çəkilib”, həm də “bıçaq artıq sümüyə dirənib”. Bundan sonra da susmaq ölkəmizin gələcəyini çox qaranlıq edir”.

Q.Həsənquliyev sonda maraqlı bir müqayisə də aparıb: “Həmin riyakarların məntiqi ilə xalqımız “riyakar” deyildisə, gərək 1990-cı illərdə küçələrə axışmayaydı, çünki 60-cı,70-ci illərdə Sovet İttifaqına qarşı açıq formada çıxmamışdılar. Halbuki, xalq hərəkatının fəallarının əksəriyyəti Kommunist Partiyasının üzvləri idi. Bu cür siyasi dələduzlara əhəmiyyət vermək lazım deyil”.



Xəbər 943 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +