Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


21.06.2017  19:54 

“Mən nə vaxt oğurluq edim?” - Çovdarov lətifə danışdı





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəməsi davam etdirilib.
XəzərNews.az xəbər verir ki, fasilədən sonra Tağı Əhmədovun oğlu Ruslan Əhmədov suallara cavab verib. O, pulu Əli Əhmədovla birlikdə A.Çovdarova verdiyini deyib.

Vəkil Cavid Rzazadə vəsatət verərək həmin tarixə aid Ruslan Əhmədov, Əli Əhmədov, Akif Çovdarov və Çovdarovun sürücüsünün mobil telefonlarının anket məlumatlarının təqdim edilməsini istəyib. Hakim vəsatətə münasibət bildirməyərək müzakirəyə çıxarmayıb.

Daha sonra general Çovdarov biznesmen İlqar Budaqovun dinlənilməsi epizodu üzrə ifadə verib. O bildirib ki, Budaqovun telefonlarının dinlənilməsi üçün məhkəmə qərarı olub və hər şey qanun çərçivəsində keçib.

Bunun ardınca Çovdarov lətifə danışıb: “Bir nəfər oğurluq edir, məhkəmədə hakim buna deyir ki, utanmırsan gecə saat 2-də camaatın evinə girib narahat edirsən? Sonra buna iş kəsir, həmin adam həbsdən çıxandan sonra yenə oğurluq edir. Bu dəfə gündüz edir. İş yenə həmin hakimə düşür. Hakim yenə buna deyir ki, sən nə utanmaz adamsan, gündüz günorta çağı oğurluq edirsən. Oğru dözməyib deyir ki, cənab hakim, gecə oğurluq etdim elə dediniz, gündüz də etdim belə dediniz. Bəs mən nə vaxt oğurluq edim?”

İndi mən də məhkəmə qərarı ilə də dinləmə aparanda günahkar oluram, məhkəmə qərarı olmadan dinləmə aparanda da. Mənim işim budur, dinləmə aparmalıyam”.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

Xəbər 1652 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +