19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


10.04.2025  17:16 

DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....





A+  A-

"Küçə və prospektlərdə yol-nəqliyyat hadisələrinin baş verməsi istənilən halda nəqliyyat sıxlığının yaranmasına səbəb olur".

XəzərNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu sıxlığın yolun digər istiqamətlərinə təsir etməsi isə birbaşa bəzi sürücülərin avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə almaları və ya hadisə yerinə baxmaları ilə bağlıdır:

"Bu gün günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza səbəbindən də eyni vəziyyət yaşanıb. Nəticədə əsas yolla yanaşı, kənar yol hər iki istiqamət üzrə nəqliyyatın hərəkətində ləngimələr olmuşdu.

Müşahidələrimiz onu deməyə əsas verir ki, bu kimi hallar tez-tez yaşanır. Bu da bəzən yanğından mühafizə, polis, təcili tibbi yardım və qəza-xilasetmə bölmələrinin avtomobilinin hadisə yerinə vaxtında çata bilməməsi ilə nəticələnir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verməməyə çağırır".

Xəbər 1780 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +