Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb
Bağırov körpüsündəki keçiddə hərəkət tam dayanıb - Video
Mingəçevirdə Günəşli bağlar massivini su basıb
Bank kartlarından 32 min 306 manat oğurlandı
“Sədərək” Ticarət Mərkəzini su basıb
Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib


04.04.2025  12:31 

Ölkədən “qara pulları” çıxaran dəstə üzvləri hakim qarşısında





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun növbəti məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az xəbər verib verir ki, prosesdə vəkil Kamandar Nəsibov bir neçə şəxsin məhkəməyə çağırılması üçün vəsatətlə çıxış edib.

Qısa müşavirədən sonra vəsatətlər təmin olunmayıb. Vəkil vəsatətin təmin edilməməsinə etirazını bildirib. Qeyd edib ki, məhkəmə vəsatətin təmin olunmaması ilə bağlı əsaslı arqument təqdim etməyib:

“Həmin şahidlər müdafiə etdiyim şəxsə qarşı ifadə veriblər. Onlar gəlib, məhkəmə iclasında da ifadə versinlər”.

Bundan sonra müttəhimlərin vəkilləri məhkəmə tərkibinə etiraz ediblər.

Hakim etirazın yazılı təqdim olunması üçün müdafiə tərəfinə vaxt verib.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib. Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar.

Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar. Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib. Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb.

Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir. Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Proses aprelin 18-də davam edəcək./Musavat.com

Xəbər 3161 dəfə oxunub.




16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +