Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


28.12.2022  10:22 

İranda yeni “sionist casus” tapdılar





A+  A-

Ötən il ciddi- ciddi “araşdırmalarla” müəyyən etmişdilər ki, demə, Şəbnəm Tovuzlu tovuzlu deyilmiş. Araşdırma jurnalistikasının inkişafına verdiyi belə "töhfəyə" görə hacısının Şəbnəminə təşəkkür etmək lazım gəlirdi. Bu il sonu Şəbnəm xanım yenə də həm medianın, həm də eyni vaxtda iki ölkənin- Azərbaycan və İranın siyasi ekspert camiəsinin inkişafına öz selfiləri ilə misilsiz töhfə verməkdədir.

Toy müğənnisinin Məşhəd və Qum ziyarəti hər iki ölkədə şou biznesin gündəminə düşməklə yanaşı siyasi ekspertlərin də diqqətini çəkdi. Azərbaycan sosial mediasında səfərin xüsusi xidmət orqanları tərəfindən araşdırılmasına çağırışlar edilir, iki ölkə arasında gərginlik fonunda səfərin İrana dəstək məqsədi güddüyü deyilir.

Amma daha ifrat yanaşma iranlı “qafqazşünas”, ifrat türkofob, antiazərbaycan baxışları ilə tanınan, Azərbaycanda etnik separatizmə açıq çağırışlar edən Ehsan Müvəhhədiandan gəldi. Paranoik sayıqlama janrındakı açıqlamasında o iddia edir ki, Şəbnəm Tovuzlu sionist və pantürkist düşüncə mərkəzlərinin, “Əliyevin qohumlarının” planı ilə İran dindarları arasında Əliyev rejiminin təbliğatın aparmaq üçün göndərilib.
Beləliklə , Müvəhhədianın “arqumentləri”:

-Şəbnəm Tovuzlu dəfələrlə Əliyev rejimini dəstəkləyən mahnılar oxuyub və separatçı meylləri güclü olan iranlı pantürkist müğənni Əli Purmehrin yaxın dostudur.

-Bəzi yerlərdə pərəstişkarları ola biləcək müğənninin İrana gətirilməsi, onu Qum və Məşhədə aparıb yas nümayiş etdirmək , şəkil çəkdirmək əslində İranda müəyyən spektrə təsir etmək cəhdidir. Təbii ki, bu məsələ sionist beyin mərkəzləri, bir sıra pantürkistlər, xüsusən də dini görünüşə malik olan, lakin Əliyev rejiminin məqsədlərinə xidmət edən pantürkistlər tərəfindən hazırlanıb.

-Düşünürlər ki, belə bir dini şou göstərsələr, Əliyev və onun əlaltılarının İrandakı pərdəarxası fəaliyyətindən xəbəri olmayan bəzi dindarlara təsir edə biləcəklər.

- İrana spirtli içki aludəçisi olan müğənninin göndərilməsi və çadra taxması, Məşhəd və Qumda dini yerlərdə olması müsbət təsirdən daha çox insanları qəzəbləndirəcək. Bu məsələ ilə təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları məşğul olmalıdır. Və bu adamlar İrana casusluq, məlumat toplamaq və Əliyev haqqında müsbət imic yaratmaq məqsədilə buraxılmamalıdır...

....Bir zamanlar erməni alimlərinin saxta, barmaqdansorma tarix düzəltəmlərini ifşa edə-edə bir gün ayıldıq ki, bizimkilər mif, yalan istehsalında qonşulardan geri qalmır. Deyəsən, İranda təhlil, ekspert rəyi adına sırınan xəstə, iqrçi təxəyyül məhsullarına cavab verməkdənsə bizdə də oxşar məhsul istehsalı baş alıb gedir. Səfəri qınayın, amma paranoya yaymayın, lütfən..

Cəmaləddin Quliyev

Xəbər 971 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +