Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


17.06.2022  22:37 

Sabir Rüstəmxanlı: “Tərtər işi” millət üçün qaranlıq bir nöqtədir”





A+  A-

““Tərtər işi” ilə bağlı münasibətimi bildirdiyim ilk günlərdə də demişəm ki, məsələ aydınlaşdırılmalıdır. Düşmənlə üz-üzə dayanan bir ordunun içində baş verənləri üzə çıxarmalı, bilməliyik. Hansı şəkildə olubsa, hamısı araşdırılmalıdır. Bunun arxasında kimlər dayanır? Hansı xəyanətkar qüvvələr? Əmrlər haradan gəlirmiş? Niyə görə Azərbaycan Ordusunda belə təxribat yaradılıb? Yaxşı ki, Prezident İlham Əliyev bu məsələlərin aydınlaşdırılması ilə bağlı tapşırıq verdi. Bu dəqiqə də “Tərtər işi” araşdırılır, amma, məncə, yubanır. Ona görə də camaat narazıdır”.

Bu barədə çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, “Tərtər işi”araşdırıldıqca yeni faktlar ortaya çıxır:

“Bir halda ki, hadisə indiki hərbi prokurorun zamanında baş verib, yenidən bu işi ona tapşırmağın mənası yoxdur. Ona görə də, Baş Porkurorluq yüksək səviyyədə işin içində olmalı, ən qısa müddətdə aydınlaşdırmalıdır. Elə şeylər var ki, bəlkə dəqiqləşdiriləndə, deyilən kimi yox, başqa cür olacaq? Hər halda “Tərtər işi” millət üçün qaranlıq bir nöqtədir. Aydınlaşdırılması Ordumuza, hüquq sisteminə, ədalətə olan inamımızı geri qaytarar. Nə qədər ki, “Tərtər işi” tam aydınlaşdırılmayıb, bu narazılıqlar da olacaq. Bu işin içində əli varkən hələ də vəzifədə qalanların olub-olmamadığını deyə bilmərəm. Bunu demək çətindir. Mənə elə gəlir ki, həm Ordu sistemində, həm prokurorluq sistemində bu işin açılmasında maraqlı olmayan adamlar var”. /Pravda.az

Xəbər 1379 dəfə oxunub.



30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +