Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


06.11.2021  00:05 

“Semaşko”da xəstənin yarasına tikiş atıblar, çirk edib, sonra da yaxın durmurlar - Foto/ŞİKAYƏT





A+  A-

Dünən axşam 1 saylı Kliniki Tibbi Mərkəzdə paytaxt sakini Mirzəyev Rövşən Şirvan oğlunu qəbul etməkdən imtina ediblər.

Bu barədə məlumatı XezerNews.az-a Rövşən Mirzəyevin nəvəsi Səbuhi Novruzov verib.

Səbuhi Novruzov bildirib ki, oktyabrın 28-də 1 saylı Kliniki Tibbi Mərkəzdə Alim Mirzəyev adlı həkim babası Rövşən Mirzəyevin yaralanmış qaşına tikiş atıb: “Lakin bu gün bəlli oldu ki, tikişin altı çirk edib. Dərhal babamı təkrarən 1 saylı Kliniki Tibbi Mərkəzin 4-cü korpusuna apardıq. Təəssüf ki, 1 saata yaxın gözləməyimizə baxmayaraq, növbətçi həkim Elnur Abdullayev gəlib çıxmadı. Bir neçə dəfə zəng vurmağımıza, xahiş etməyimizə baxmayaraq “gəlirəm deyib” telefonu bağladı. Başqa heç kim bizə yaxın durmadı. Babam yaşlı adamdır, biz də onu o vəziyyətdə evə gətirməli olduq”.



Səbuhi Novruzov əlavə edib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə xəstəyə göstərilən bu laqeyd münasibətə görə müvafiq qurumlara şikayət edəcəkər: “Dövlət xəstəxanasında xəstəyə göstərilən belə münasibət dözülməzdir. Heç kim maraqlanmır, sanki elə belə də olmalıdır”.

Qeyd edək ki, xəstə R.Mirzəyevin yarasının çirkli olub -olmadığını təyin etmək üçün zədənin mexanizmini müəyyənləşdirmək vacib idi. Təəssüf ki, yaraya tikiş atan həkim bunu nəzərə almayıb və yara infeksiya əmələ gətirib.




Xəbər 2088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +