Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


28.10.2021  13:46 

Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında RƏZALƏT





A+  A-

Bu gün səhər Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Rentgen şöbəsində Binəqədi qəsəbə sakin Elmir Hümbətzadənin Şəxsiyyət vəsiqəsi alınaraq uzun müddət geri qaytarılmayıb.

Bu barədə məlumatı XezerNews.az-a E.Hümbətzadənin özü verib.

Vətəndaş bildirib ki, sağ qolunda narahatçılıq hiss etdiyi üçün Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət edib:

“Rentgen şöbəsinə yaxınlaşdım, məni həkimin yanına göndərdilər, həkim də təkrar rentgen müayinəsini məsləhət gördü. Bir xeyli-get-gəldən sonra müayinənin cavabını alıb, xəstəxanadan ayrılmaq istədim.

Rentgen müayinəsinin cavabını alsam da, şəxsiyyət vəsiqəmi geri qaytarmadılar. Səbəbini soruşduqda qeyd etdilər ki, sənə müalicə məsləhətlərini də bizim həkimlər yazmalıdır. Başa salmağa çalışdım ki, mənim öz ailə həkimim var, ona müalicə yazdıracağam. Amma nə fayda, 4 saatdan artıq mənim vəsiqəmi girov saxladılar. Nəhayət onların dediyini etməli oldum. Sonra isə müayinənin cavabını alıb, şəxsiyyət vəsiqəmi qaytardılar. Müayinənin cavabını isə mənə vermədilər”.

XezerNews.az-ın əməkdaşı məsələyə münasibət öyrənmək üçün Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə əlaqə saxlayıb. Özünü köməkçi kimi təqdim edən (bu telefon nömrəsinə cavab verib: 012 412 43 40) bir xanım isə müxbirimizə Baş həkimin telefonla danışdığını, daha sonra zəng etməsini xahiş edib.

Problemlə bağlı XezerNews.az-a açıqlama verən Baş direktorun müavini - Baş həkim Rafiq Həşimli bildirib ki, vətəndaşa rentgen müayinəsinin cavabının verilməməsində qanunazidd heç nə yoxdur.

R.Həşimli vətəndaşın Şəxsiyyət vəsiqəsinin Rentgen şöbəsində saatlarla saxlanılması, xəstənin məcburən məlum xəstəxana həkimlərinin müalicə yazmalarına yönləndirilməsi kimi məslələrə aydınlıq gətirməyib.

Xatırladaq ki, Dövlət tibb müəssisələri “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunu və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərir.

Dövlət tibb müəssisələrinin fəaliyyətinin əsas məqsədi əhalinin sağlamlığının qorunması, bu sahədə vətəndaşlarının hüquqlarının təmin edilməsindən ibarətdir.

Təəssüf ki, sözügedən xəstəxanada vətəndaşların müxtəlif vasitələrlə incidilməsi, vətəndaşların hüquqlarının təmin edilməsi deyil, pozulmasına yönəlib.


Xəbər 5796 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +