Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


24.08.2021  13:52 

“Delimitasiya və demarkasiyaya maksimum tez başlamaq lazımdır”





A+  A-

“Rusiya ilə strateji münasibətlər Ermənistanın təhlükəsizliyinin əsas amillərindən biridir”.
XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentə hökumətin yeni proqramını təqdim edərkən deyib.

“Ölkəmizin təhlükəsizliyinin arxitekturasının əsas amillərindən biri olan Rusiya ilə strateji əməkdaşlığı xüsusilə vurğulamaq istəyirəm. Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı köməyin göstərilməsi, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin birgə qruplaşması haqqında sazişlər ölkəmizdəki 102-ci hərbi bazasının (Rusiyaya məxsus – red.) imkanlarını genişləndirməyə davam edir”, - deyə Paşinyan qeyd edib.

Bununla yanaşı, N. Paşinyan çıxışında Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya məsələsini də gündəmə gətirib. Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyasına maksimum tez başlamaq lazımdır.

“Təəssüf edirəm ki, yazda siyasi qalmaqal səbəbindən planlaşdırılan nəticəyə nail olmaq mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir neçə hissəsində qeyri-sabit vəziyyət bu proseslərin başlanması üçün ciddi təhlükədir”, - deyə Paşinyan vurğulayıb.

N.Paşinyan, həmçinin, Sovet xəritələri əsasında hər iki ölkənin qüvvələrinin güzgü effekti əsasında geri çəkilməli olduğunu bildirib.

Xəbər 2771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +