Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


19.08.2021  19:27 

Nazirlikdən vaksin vurdurmayan təhsil işçiləri ilə bağlı - Açıqlama





A+  A-

“Bu günədək 41 minə yaxın təhsil işçisi COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib”.
Bu barədə XəzərNews.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ancaq həmin təhsil işçiləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında qeyd edildiyi kimi, “Əks göstəriş” sertifikatı da təqdim etməlidirlər:

“Əks halda onlar vaksinasiyadan səbəbsiz imtina etmiş şəxslər kimi qəbul olunacaqlar.

Qeyd edək ki, 18 avqust 2021-ci il tarixində Təhsil Nazirliyi tərəfindən ölkənin təhsil müəssisələrinin işçi heyətinin vaksinasiyasının daha sürətli təşkilinə həsr edilmiş onlayn iclas keçirilib.

İclasda bütün yerli təhsili idarəetmə qurumlarının, eləcə də, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri, vaksinasiyanın təşkili və təşviqinə məsul əməkdaşları iştirak edib.

İclas iştirakçılarına təhsil müəssisələrinin vaksinasiya edilməyən işçi heyətinə məsələnin əhəmiyyətinin izah edilməsi, ümumilikdə Nazirlər Kabineti tərəfindən bu sahədə verilən tapşırıqların lazımi qaydada icra edilməsi tapşırılıb.

Bildiririk ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş” sertifikatının verilməsinə başlanılıb.

Unutmayaq ki, ənənəvi təhsilin bərpası üçün vaksinasiya vacibdir”.

Xəbər 1970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +