Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


18.02.2021  11:07 

Əməkdar artist efirdə xəyanəti dəstəklədiyini açıqladı - Video





A+  A-

Əməkdar artist Gövhər Rzayeva ATV kanalında tənqidlərə məruz qalacaq açıqlama verib.
XəzərNews.az xəbər verir ki, məşhur qarmon ifaçısı canlı efirdə çıxışı zamanı açıq-aşkar kişi xəyanətini dəstəklədiyini etiraf edib. Onun fikrincə, pul qazanıb ailəsinin maddi ehtiyaclarını ödəyə bilən hər bir bəy xanımını aldada bilər:

“Pul qazanan kişi başqadı. Qadın ona daim qulluq etməlidir. Bazarlıqdan gələn kişi qapını təpiklə açıb içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram! Mənə qarşı diqqəti varsa, niyə ona qulluq etməyim? Mən düz danışıram.

Atam 52 yaşında rəhmətə gedib. Anam o günədək bazara getməyib. O, daha sonra bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm. Ona belə kişi qulluq edib. Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan”.



Xəbər 6617 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +