Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


05.01.2021  10:37 

2021-ci ilin əsas qlobal riskləri açıqlandı





A+  A-

Konsaltinq şirkəti “Eurasia Group” 2021-ci ildə onlarla qlobal riskləri ehtiva edən bir reytinq təqdim edib.
XəzərNews.az xəbər verir ki, sözügedən risklərin arasında birinci yerdə “bölünmüş Amerika” təhlükəsi durur. Bu vəziyyət ABŞ əhalisinin təxminən yarısının ölkənin hər yeni liderini qeyri-legitim hesab etdiyi bir vəziyyətlə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, belə bir vəziyyət yeni seçilmiş prezident Co Baydenin hakimiyyətə gəlişi ilə daha da inkişaf edəcək.

Sıralamada ikinci yerdə “COVID-19” pandemiyası qərarlaşıb. Koronavirusa qarşı peyvəndlənmə fonunda cəmiyyətin daha zəngin və daha kasıblara bölünəcəyi ehtimal olunur. Analitiklərin fikrincə, bu, bir çox ölkədə vətəndaş iğtişaşlarına səbəb olacaq. Pandemiya iş yerlərinin ixtisar edilməsi, hökumətə inamın itməsi, inkişaf etməkdə olan ölkələrdə borc böhranlarının artmasına yol açacaq.

Üçüncü risk kimi beynəlxalq rəqabətə səbəb olacaq iqlim dəyişikliyinə qarşı mübarizə qeyd olunub.

Bunlardan əlavə, qlobal risklər siyahısına ABŞ ilə Çin arasında artan gərginlik, məlumatların beynəlxalq formatda ötürülməsindəki çətinliklər, rəqəmsal məkanda qlobal bir qarşıdurma ehtimalı, Türkiyə iqtisadiyyatının siyasi nəticələrə səbəb ola biləcək problemləri daxildir.

Xəbər 1164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +