Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


28.08.2020  13:58 

Sabah 31 dərəcə isti olacaq





A+  A-

29 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 28-31, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

29 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 29-da Abşeron yarımadasında mülayim şimal küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 2004 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +