Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


23.06.2020  16:12 

Kassadan çeki alarkən diqqətli olun!





A+  A-

Məlum olduğu kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi, yəni nağd ödəmələr zamanı ƏDV-nin 10 faizi, nağdsız ödəmələr zamanı isə ƏDV-nin 15 faizi istehlakçıya geri qaytarılır.
Dövlət Vergi Xidmətindən XəzərNews.az-a daxil olan məlumata görə, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir ki, həmin tələblərdən biri də malın və ya xidmətin (işin) adının nəzarət-kassa aparatının çekində qeyd olunmasıdır.

Mövcud təcrübədə bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən də maliyyə sanksiyalarına məruz qalmamaq üçün vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir.

Eyni zamanda, istehlakçılar belə hallarla qarşılaşdığı halda, yəni vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın əks olunmadığı halda, bu barədə dövlət vergi orqanlarına müraciət etmələri xahiş olunur.

Xəbər 2055 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +