Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


20.05.2020  12:10 

ATV-nin əməkdaşı koronavirusa yoluxdu - TV-dən açıqlama





A+  A-

“Əməkdaşımız istiliyi olduğu üçün həkimə müraciət edib. Bu zaman ondan test götürülüb. Testin ilkin nəticəsi pozitiv çıxıb”.
XəzərNews.az bildirir ki, bu sözləri “Azad Azərbaycan”nın İcraçı direktoru İsmayıl Həsənov kanalın Xəbərlər Departamentinin müxbiri Mahmud Rövşənoğlunun koronavirusa yoluxması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

O bildirib ki, jurnalist hazırda karantin şəraitindədir.

“Bildiyiniz kimi test bir neçə dəfə aparılır. Hazırda karantinə götürülüb. Vəziyyəti normaldır. Danışmışıq, səhhətində hər hansı bir ağırlaşma yoxdur. Testin ikinci cavabını gözləyirik və ümid edirik ki, əməkdaşımızın testinin ikinci nəticəsi neqativ çıxacaq.

Virusa hansı şəraitdə yoluxduğu bilinmir. İnsanlar tək işdə olmur, şəhərdə, müxtəlif yerlərdə olur. Demək olmaz ki, iş başında yoluxub. Yalnız sözügedən əməkdaşımız karantinə yerləşdirilib".

İsmayıl Həsənov “Azad Azərbaycan” şirkətində pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparıldığını da qeyd edib:

"Əməkdaşlarımızın sosial izolyasiya qaydalarına əməl olunmasına diqqət edirik. KİV əməkdaşları da risk qurupunda fəaliyyət göstərənlərdən sayılır. Bir daha xatırladıram ki, pozitiv çıxan ilkin nəticədir və ümid edirik ki, əməkdaşımızın ikinci nəticəsi neqativ çıxacaq”.

Qeyd edək ki, unikal.org saytı Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirildiyi barədə xəbər yayıb. Məlumatda o da qeyd olunub ki, müxbirlə çəkilişdə olan operator Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə götürülüb.

Xəbər 3143 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +