Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


18.04.2019  10:32 

Səfir Daşqın Şikarovun adı XİN-in saytından çıxarıldı - FOTO





A+  A-

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun adı ətrafında müəmma davam edir.
Bir müddət əvvəl "haqqin.az" saytı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun geri çağırıldığı barədə informasiya yaymışdı.

XəzərNews.az bildirir ki, Modern.az saytı yayılan məlumatı Xarici İşlər Nazirliyindən (XİN) dəqiqləşdirməyə çalışsa da, bu barədə rəsmi informasiya verilməyib.

Bununla belə əməkdaşımıza məlum olub ki, XİN-in saytındakı “Azərbaycan Respublikasının xaricdəki nümayəndəlikləri” bölməsindən Birləşmiş Ərəb Əmirlikləri üzrə fövqəladə və səlahiyyətli səfirin adı çıxarılıb. Yəni əvvəllər həmin qrafada Daşqın Şikarovun adı yazılmışdı.

Bu isə dolayısı ilə D.Şikarovun Birləşmiş Ərəb Əmirliklərindəki səfir postundan geri çağırıldığını təsdiqləyir.

Əməkdaşımız bu xəbəri yazmazdan öncə Daşqın Şikarovla da əlaqə yaratmışdı. Keçmiş səfir qısa olaraq bunları demişdi:

“Təəssüf ki, bəzi mətbuat səhifələrində haqqımda xoş olmayan məlumatlar yayıldı. Hətta erməni saytları da bu məlumatı böyük canfəşanlıqla yaydı. Hər zaman vətənimə, dövlətimə, cənab Prezidentimizə sadiq qalmışam. Yayılan şər-böhtanla bağlı sosial şəbəkədə müqəddəs Qurandan ayə paylaşmaqla kifayətləndim. Başqa heç bir şərh vermək istəmirəm”.

Qeyd edək ki, Daşqın Şikarov daha əvvəllərAzərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. O, Azərbaycanın BƏƏ-də səfiri vəzifəsinə 2016-cı ilin yanvarında təyin edilmişdi.



Xəbər 1270 dəfə oxunub.



30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +