Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


27.08.2018  14:42 

“Şəhriyar heç bir yarışa öz hesabına getmir” - Vitse-prezident





A+  A-

Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov özünə sponsor tapa bilməməsindən şikayətlənib. O, ard-arda yarışlara çıxmaqdan yorulduğunu və bunu pula görə etdiyini bildirib.
XəzərNews.az-ın məlumatına görə. məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov “Qafqazinfo”ya danışıb.

Federasiya rəsmisi bildirib ki, Məmmədyarov heç bir yarışa öz hesabına getmir və onun dahi idmançı kimi sponsor axtarması normaldır:

“Şəhriyar dahi idmançıdır. Hazırda ağır turnirdə çıxış edir və yorğunluğunu dilə gətirir. Burada təhqiramiz heç nə yoxdur. O, heç bir yarışa öz hesabına getmir. Milli komandanın tərkibində federasiya, klubun heyətində isə klub onun xərclərini qarşılayır. Şəhriyar hər bir yarışa xüsusi dəvət alır və bu dəvəti dəyərləndirir. Özünün xərci yalnız şahmat məktəbinə və məşqlərinə gedə bilər. Başqa heç bir xərc yoxdur. Azərbaycan dövləti daim onun arxasındadır. Hansı yarışa gedibsə, həmin yarışdan sonra mükafatlandırılıb. Ona hər cür şərait yaradılıb”.

Məmmədov dünyanın digər məşhur şahmatçılarının çoxlu sayda sponsor olmasından da danışıb: “Qərb və bizdə idmana ayrılan diqqət fərqlidir. Məsələn, Karuananın yetişməsində ABŞ və ya İtaliya dövlətinin heç bir rolu olmayıb. Ona sponsorlar dəstək olub. Ola bilər ki, Şəhriyar məşqləri üçün əlavə xərclər istəyir və ya dahi idmançı kimi ona daha çox dəyər verilməməsindən, sponsorların olmamasından narazıdır. Burda da tam haqlıdır. Onun açıqlamasında qeyri-adi nəsə axtarmaq yanlışdır”.

Xəbər 1021 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +