Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


18.03.2018  13:16 

Könüllü dəstələrdə vuruşanların Xiyabanında Azərbaycan bayrağı - FOTOLAR





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Ukrayna torpaqlarının azadlığı uğrunda könüllü dəstələrdə vuruşanların Xiyabanında Azərbaycan bayrağının qaldırılmasına nail olub.
Bu barədə məlumatı XəzərNews.az-a UABD sədri Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, UABD Ukrayna torpaqları uğurundan canlarından keçən azərbaycanlıların xatirələrinin daimi əziz tutulmasına çalışır: “Orada digər millətlərin nümayəndələrinin bayraqları var. Yəni gürcülərin, çeçenlərin, hətta ermənilər də öz bayraqlarını gətirib qoyublar. Xeyli əvvəl bu Xiyabanın açılışında iştirak etmişdim. O zaman bildirmişdim ki, 100-dən çox azərbaycanlı Ukrayna torpaqları uğrunda separatçılara qarşı vuruşur. Donetski və Luqanskda gedən döyüşlərdə 12 azərbaycanlı həlak olub. Onların içində çox tanınmışları da var. Azərbaycan bayrağını həmin tədbirdə yerli hökumət nümayəndələrinə, hərbçilərə və təşkilatçılara təqdim etdim”.

H.Cavadov qeyd edib ki, hələ Xiyabanın açılışında söz vermişdilər ki, Azərbaycan bayrağını burada dalğalandıracağıq: “Bu gün biz ora getdik. Müharibə zonasında xidmətdə olan azərbaycanlı hərbçilər də tədbirdə iştirak edirdi. Orada bizim üçün yer ayırdılar və Azərbaycan bayrağını dalğalandırdıq. Bu işdə UABD üzvü, hərbçi Vidadi İsrafilov xüsusi fəallıq nümayiş etdirdi. V.İsrafilov görülən işlərin həm də təşkilatçısı idi. Çıxışım zamanı Qarabağ müharibəsi, Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verdim, Azərbaycanın da separatizmdən əziyyət çəkdiyini vurğuladım. Hətta ukraynalıların da Qarabağ uğrunda gedən savaşlarda iştirak edərək qəhrəmanlıq göstərdiklırini və onlardan 2 nəfərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirdim”.

Tədbirdə UABD fəalları, Azərbaycan alim və ziyalıları iştirak edib.

Xatırladaq ki, Xiyaban Kiyev şəhərinin sol sahilində yerləşir və hərbiçilərin xatirəsini yad eləmək üçün tez-tez ora ukraynalılar, ictimaiyyətçilər, digər millətlərin nümayəndələri toplaşır.




Xəbər 1632 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +