Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


15.12.2017  16:39 

Pulsuz efir vaxtı ləğv olunmayıb





A+  A-

“Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının icrası ilə əlaqədar, eyni zamanda qanunvericilik texnikası baxımından təkmilləşdirmək məqsədilə Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur.

Dəyişikliyə əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Konstitusiyasının müvafiq maddəsində nəzərdə tutulmuş hallarda prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyasının müvafiq maddəsinə əsasən Prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir. Konstitusiyanın müvafiq maddəsində nəzərdə tutulmuş hallar növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir.

Layihəni təqdim edən deputat Əli Məsimli qeyd edib ki, deputatın etik davranış qaydalarının kobud pozulması ilə bağlı müvafiq qurumun, yəni komissiyanın qərarı mövcuddursa bundan sonra MSK-nın bu faktları araşdırması ciddi görünmür: “ Əgər parlamentin ixtisaslaşmış İntizam Komissiyası bunu edibsə MSK-nın araşdırması düzgün olmazdı.

MSK-nın qərarı rəsmi orqanda dərc edildiyi gündən 10 gün müddərində şəxs apellyasiya məhkəməsinə müraciət edə bilər. Ancaq qanunla MSK-nın bu gün də pozuntu olduğu halda deputatı manadatdan məhrum edə bilmə səlahiyyəti var”.
O həmçinin qeyd edib ki, pulsuz efir vaxtının ləğv olunması ilə bağlı əsassız məlumat ayrılmışdı: “ Belə bir məsələ yoxdur. Bu gün çəkilən xərclər dövlət büdcəsindən ödənilir”.

Xəbər 1817 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +