Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


14.12.2017  16:54 

Şeyxin qohumuna 4 il cəza istənildi





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat Qalib Salahzadənin oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb.
XəzərNews.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Milli Məclisin sabiq deputatı, Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Əlihüseyn Salahzadə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə təqsirləndirilir.

Musavat.com xəbər verid ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesə yenə jurnalistlər buraxılmayıb.

Prosesdə məhkəmə istintaqı başa çatıb.

Prosesdə dövlət ittihamçısı çıxışında Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, Ə.Salahzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, "Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Belə ki, "Azərsu" əməkdaşı Ə.Salahzadənin yaşadığı mənzili döyərək su pulunun ödənilməsini istəyib. İttihama görə, Ə.Salahzadə "Azərsu" əməkdaşına bir yumruq zərbəsi vurub. Ə.Salahzadə isə "Azərsu" əməkdaşının söyüş söydüyünü iddia edir.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.

Zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü bildirib.

Xəbər 1759 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +