Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


24.06.2017  20:45 

Bakı dünyanın ən ucuz şəhərləri sırasında





A+  A-

Beynəlxalq konsaltinq şirkəti olan “Mercer”in tərtib etdiyi “Cost of Living Survey 2017” adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib.

Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu-York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb.

Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda qazanıb. Onun ardınca Honkonq, Tokio, Surix və Sinqapur gəlir. İlk onluğa həmçinin Seul, Cenevrə, Şanxay, Nyu-York və Bern daxildir.

Moskva reytinqin 14-cü pilləsində qərarlaşdığı halda, Sankt-Peterburq 36-dır.

Bakı 209 ölkə arasında 182-ci yerdə qərarlaşıb. Belarusun paytaxtı Minsk 200-cü, Gücrcüstanın paytaxtı Tbilisi isə 204-dür. Ukraynanın paytaxtı Kiyev yalnız 163-cü yerlə kifayətlənməli olub.

Ən ucuz şəhərlər isə Afrikanın Blantayr və Vindhuk, Skopye (Makedoniyanın paytaxtı), Bişkəkdir (Qırğızıstanın paytaxtı).

Qeyd edək ki, dünyanın ən iri transmilli şirkətləri öz fəaliyyətində "Mercer"in reytinqlərindən və araşdırmalarından istifadə edir

Xəbər 1339 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +