Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


14.06.2017  13:36 

Prezident Cocuq Mərcanlı kəndinin yeganə sakinini təltif etdi - SƏRƏNCAM





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki ,sərəncamda qeyd edilib ki, doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, 1993-cü ilin sonlarında üç aylıq erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 283 ailədən yalnız Oqtay Həziyevin ailəsi kəndə qayıdıb.

Digər sakinlərin narahatlığı isə kifayət qədər əsaslı idi. Belə ki, Cocuq Mərcanlıdan çıxandan sonra erməni hərbi qüvvələri yaxınlıqdakı Lələ Təpə yüksəkliyində möhkəmlənmişdilər və kəndi mütəmadi olaraq atəşə tuturdular. Ermənilər Lələ Təpədən yalnız 2016-cı ilin aprel ayında çıxarılıblar.


Xəbər 1212 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +