Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


13.06.2017  08:53 

“Muğam televiziya müsabiqəsi-2017”nin qalibi bəlli oldu





A+  A-

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb.
Fonddan XəzərNews.az-a verilən məlumata görə, üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar. Bu gün Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib. Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə - Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər.

Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. Münsiflər heyətinin qərarı ilə Almaxanım Əhmədli VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb. Gənc xanəndə Pərviz Qasımov müsabiqədə birinci yeri qazanıb. Xanəndəyə həm də “Tamaşaçı alqışı” mükafatı təqdim olunub. İkinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı, üçüncü yeri isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar. Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.

Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib. Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni və Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.

Xəbər 2043 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +