Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


09.02.2017  15:49 

Deputatdan saytlara DƏSTƏK: “Elektron KİV-lər çap mediasından daha mühüm rol oynayır”





A+  A-


Bir müddət öncə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  “Kütləvi İnformasiya haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb. O bildirib ki, elektron KİV-lər də  “Kütləvi İnformasiya haqqında” qanuna əlavə olunsun.

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  Tahir Kərimli Modern.az-a açıqlama verib.

Tahir Kərimli elektron KİV-in  “Kütləvi İnformasiya haqqında” qanuna əlavə olunmasını məntiqli və vaxtında verilmiş təklif kimi qiymətləndirir.

“Bu həm də qanunvericilik baxımından zəruridir. İlk olaraq onu deyim ki, elektron KİV-lər cəmiyyətimizdə çap KİV-lərdən daha mühüm rol oynayır. Bu gizlin deyil. Bir çox ölkələrdə, xüsusən də Azərbaycanda elektron KİV-lərin zəruriliyi göz qabağındadır. Cinayət, İnzibati və Mülki məcəllələrdə elə normalar var ki, bunlar KİV-lərə tətbiq olunur. Amma elektron media “Kütləvi İnformasiya haqqında” qanunda keçmədiyinə görə, həmin normalardan kənarda qalır. Hansısa 1000 tirajlı qəzetdə kimsə təhqir olunursa, məsuliyyətə cəlb olunma məsələsi ortaya gəlir. Ancaq 10000 insanın izləyəcəyi arialda kimsə təhqir olunanda isə bununla bağlı hər hansı bir tədbir görmək olmur. Ona görə də elektron KİV-lərin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.



Xəbər 1424 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +