Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


19.12.2024  17:27 

Sosial mediada yaşayan gənclik hər cür cəfəngiyyatı paylaşmağa hazırdır -Media eksperti





A+  A-

"Media savadlılığı dedikdə müasir texnologiyanın geniş yayıldığı bir dövrdə gənc nəslə informasiya ilə davranmaq bacarığının tədris edilməsi nəzərdə tutulur"

Xəzərnews.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında "Report" Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

O qeyd edib ki, kütləvi kommunikasiya vasitələrinin hər bir insana təsiri günü-gündən artdığı bir şəraitdə xəbər axınından baş çıxartmaq, hansı məlumatın faydalı, hansının ziyanlı olduğunu aşkarlamaq özü bir fərasət tələb edir:

"Media savadlılığı məhz internetin hər yeri ələ aldığı bir zamanda cəmiyyət üçün önəmli amillərdən birinə çevrilib. Virtual məkanın həcminin min dəfələrlə artdığını müşahidə edirik. Hazırda internetdə qeydə alınan veb-saytların sayı beş milyarda yaxınlaşır. Məlumatın həcmi zetabaytlarla ölçülür. Hansısa bir elementar media savadlılığı olmayan insan belə bir məlumat burulğanında doğrunu yalandan necə ayıra bilər? Bu gün media savadlılığı ilk növbədə jurnalistə lazımdır, çünki doğru sözü cəmiyyətə məhz o çatdırır. Xəbəri ötürən tərəfin həm məsuliyyəti böyükdür, həm də ondan daha bilikli olmaq tələb olunur. Xəbəri adekvat qəbul etmək üçün hər bir fərdin bu nəhəng informasiya axınına davam gətirməsi, lazımsız məlumatları ələməsi lazımdır".

Ekspertin sözlərinə görə, biliksizlik, savadsızlıq ciddi problemlərə yol açır:

"Sosial mediada yaşayan gənclik bir an belə düşünmədən hər cür cəfəngiyyatı paylaşmağa hazırdır. Əvvəl paylaşırıq, sonra isə düşünürük. Ciddi, analitik xəbərlərə fikir verməyən bir nəsil formalaşıb. O qədər gülünc xəbər gəlir ki, heç onları yüngülcə də olsa, araşdırmağa zaman olmur. Feyk xəbərləri paylaşmaq bir epidemiya halını alıb, çünki doğrunu yalandan ayıra bilmirik".

Xatırladaq ki, ötən il Bakıda "Media savadlılığı" platformasının təqdimatı keçirilib. Beş bölmə və 10 altbölmədən ibarət olan veb-sayt platforması vasitəsilə hər bir istifadəçi testləri edərək öz media savadlılığını yoxlaya bilər.

Xəbər 2486 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +