“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


30.03.2023  19:03 

ABŞ Elçin Məmmədovu azad etməyə çağırıb





A+  A-

ABŞ bir daha Azərbaycan hakimiyyətini siyasi məhbusları, o cümlədən hüquq müdafiəçisi, vəkil Elçin Məmmədovu azad etməyə çağırıb.

XəzərNews.az xəbər verir ki, bu barədə ötən gün Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbirinə bildirib.

“Biz üzrlü səbəb olmadan azadlıqdan məhrum edilmiş Elçin Məmmədovu və digər azərbaycanlıları dərhal azad etməyə çağırırıq və Azərbaycanı söz, assosiasiya və toplaşma azadlığına hörmət etməyə çağırırıq”, - mənbə qeyd edib.
Bildirilib ki, martın 30-da Elçin Məmmədin həbs edilməsindən üç il ötür. Azərbaycanda insan hüquqlarının vəziyyətini tənqid edən məruzə İnternetdə dərc edildikdən sonra Məmməd Sumqayıt şəhərindəki evində polis əməkdaşları tərəfindən saxlanılıb. Bir neçə nəfərin işilə yanaşı onun işi də Dövlət Departamentinin “Ədalət olmadan” təşəbbüsü çərçivəsində xatırlanıb.

“Ümid edirik ki, onların hər birini azadlıqda görəcəyik. Biz çalışırıq ki, bu məhbuslar, onların yaxınları və bütün dünya bilsin ki, onlar unudulmayıblar”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.

ABŞ insan hüquqlarının və əsas azadlıqların universallığına inanan bütün ölkələri və adamları “Ədalət olmadan” təşəbbüsünü dəstəkləməyə çağırıb.

“Biz diqqəti onların vəziyyətinə cəlb etmək üçün ictimai müdafiə və özəl tədbirlər də daxil olmaqla, bir sıra vasitələrdən istifadəni davam etdirəcəyik”, - nümayəndə deyib.

Xəbər 1200 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +