“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


10.01.2020  15:11 

Türkmənistan da İran üzərindən uçuşları dayandırdı





A+  A-

Türkmənistan Beynəlxalq Hava Yollarının Təhlükəsizlik Şurası ölkənin bütün daşıyıcılarının İran hava məkanının istifadəsini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
XzəərNews.az-ın xəbərinə görə, qərar Türkmənistan mülki aviasiyasının uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə verilib.

Qeyd edək ki, bundan öncə İranın ABŞ-ın İraqda yerləşən hərbi bazalarına raket hücumundan sonra dünyanın bir sıra iri beynəlxalq aviaşirkətləri bu ölkəyə və onun üzərindən uçuşları dayandırıb.
Məlum olub ki, dünyanın aparıcı aviaşirkətləri İrana uçuşları dayandırıb və İraq və İran hava məkanında uçuşların qarşısını almaq üçün təyyarələrinin marşrutlarını dəyişdiriblər. Bura “Air France”, “Emirates Airline”, “Singapore Airlines”, “Malaysia Airlines”, “American Airlines”, “Delta”, “Lufthansa” və digərləri daxildir.

ABŞ Federal Aviasiya Administrasiyası döyüş tipli təyyarələr istisna olmaqla, digər Amerika təyyarələrinin İraq, İran, Körfəz və Oman üzərindəki hava məkanlarında uçuşunu qadağan edən bir bildiriş yayıb.

Federal Hava Nəqliyyatı Agentliyi də Rusiya aviaşirkətlərinə İran və İraqın hava məkanlarından istifadə etməməyi və Fars və Oman körfəzləri üzərindən uçmamağı tövsiyə edib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Xəbər 1790 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +