“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


01.11.2017  13:18 

Qızını öldürən ana danışdı: “Özümü öldürərəm ...”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə prosesi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə G.Saypullayeva ifadə verərək deyib ki, uşağına görə anası onu qəbul etməyib: "Həmin gün gördüm ki, qızım süd içir. Tanrıya and olsun mən onu zəhərləmədim. Özü səhvən içib. Özümü öldürərəm, ama uşağımı yox. Mən anama lazım deyildim, psixoloji olaraq əziyyət çəkirdim. 16 yaşımda ana olmuşam. Anam uşağımı qəbul etmədi, onu Bakıdan gələn bir qadına vermək istəyirdi".

Proses noyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat versə, azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. G.Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, 5 yaşlı Luiza zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağına içirtdiyini deyib.

Xəbər 1257 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +